AZ

Yerdə son 20 ilin ən güclü geomaqnit qasırğası olacaq

Mayın 10-12-si tarixlərində maqnit qasırğası G1 səviyyəsindən başlayacaq və ən güclü G4 səviyyəsinə, hətta bəzi anlarda G5 səviyyəsinə qədər qalxacaq.

Bu sözləri Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aynur Abdulkərimova BAKU.WS-ə açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, buna səbəb 2025-ci ildə Günəş plazma atqıntısında öz maksimumuna çatacağıdır. Belə ki, Günəş 2025-ci ildə öz 11 illik maksimumuna çatacaq. Nəticədə cod şüalanma Yerə gəlib çatacaq. Bu səbəbdən də geomaqnit qasırğaları daha sıx müşahidə olunacaq. Növbəti 5-6 il ərzində isə qasırğalar nisbətən azalmağa başlayacaq:

"Geomaqnit qasırğası 5 səviyyəli şkala ilə göstərilir. Ən şiddətli qasırğa G4 səviyyəsində göstərilir. Bu da onunla əlaqədardır ki, hazırda günəşdə 2 çox böyük ləkə qrupu - 36-63 və 36-64 var. Hansı ki bunu, "Karrinqton hadisə"sini törədən ləkə ilə müqayisə edirlər ki, o potensiala malikdir. Karrinqton hadisəsi zamanı çox güclü qasırğa müşahidə edilmişdi. Bu zaman çox güclü şüalanma qeydə alınmışdı və cəmi 1 sutkaya yerə çatıb və bütün telekammunikasiya xətləri sıradan çıxmışdı. Bu ləkə də həmin potensiala malikdir.

Növbəti günlərdə daha güclü alışmaların baş verməsi gözlənilir. Çünki 9 mayda gün ərzində ardıcıl olaraq X sinif alışmalar baş vermişdi. X sinif alışmalar da ən güclü hesab edilir. Gün ərzində ləkədə ardıcıl olaraq X sinif alışmaların baş verməsi o deməkdir ki, aktiklik maksimumdadır. Nəticədə bu gün gecədən bütün tac kütlələrin atılmalarının təsirini görəcəyik. Proqnozlaşdırılır ki, 10-12 may tarixlərində maqnit qasırğası G1 səviyyəsindən başlayacaq və ən güclü G4 səviyyəsinə, hətta bəzi anlarda G5 səviyyəsinə qədər qalxacaq. G5 səviyyəsi üçün 15% ehtimal var".

Elmi işçi deyir ki, əgər çox güclü geomaqnit qasırğası baş versə qlobal böhran qeydə alına bilər. Lakin ölkəmiz orta coğrafi enlikdə yerləşir. Bu səbəbdən də çox təəssüflər olsun ki, biz həm avroraları görmürük, həm də siqnalların kəsilməsi bizim coğrafi N dairəmizə xas deyil: 

"Maqnit qasırğaları baş verən zaman əsas meteohəssaslıq ön plana çıxır. Bundan başqa həmin ərəfədə kosmonavtların açıq səmaya çıxması təhlükəlidir. Geomaqnit qasırğası zamanı peyk əməliyyatları aprılmır. Qaz-neft kəmərlərində induksiya cərəyanlarının yaranması, gərginlik sıçrayışları qeydə alına bilər.

Peyklərin sıradan çıxması, elektrik şəbəkələrinin, kabellərin sıradan çıxması baş verə bilər. Bu da internet əlaqəsinin kəsilməsi deməkdir. Əgər çox güclü geomaqnit qasırğası baş versə qlobal böhran qeydə alına bilər. Bu səbəbdən də geomaqnit qasırğası çatmamışdan monitorinqlər keçirilib müəyyən qabaqlayıcı tədbirlər görülür. Ölkəmiz orta coğrafi enlikdə yerləşir. Buna görə də bizə həddindən artıq təsiri olmur. Bizdən şimala doğru, yuxarı enliklərdə təsir daha çox olur".

Qeyd edək ki, növbəti 3 gündə son 20 ildə bənzəri görülməyən güclü maqnit qasırğası baş verəcək. Bu, meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər. Belə günlərdə Günəşin zərərli dalğalarından qorunmağın yollarını buraya keçid edərək məlumat ala bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
8
Mənbələr
Şərh ()
Bağla