AZ

Yaponiyada sərnişin təyyarəsi nasazlıq səbəbindən məcburi eniş etdi - VİDEO

Yaponiyada sərnişin təyyarəsi nasazlıq səbəbindən məcburi eniş etdi - VİDEO

Yaponiyanın Fukuoka hava limanından havaya qalxan ABŞ-ın United Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsi “flap” nasazlığı səbəbindən hava limanına qayıdıb və təcili eniş edib.



ABŞ-ın Quam adasına getmək üçün göyərtəsində 43 sərnişin və 6 heyət üzvü ilə yerli vaxtla saat 11:00 radələrində Fukuoka hava limanından qalxan 166 saylı reysdə qısa müddət sonra texniki problem yaranıb.

Pilotlar Fukuoka hava limanı ilə əlaqə saxlayıb və geri qayıtmaq üçün icazə istəyiblər. Təyyarə saat 11.45 radələrində hava limanına məcburi eniş edib. Sərnişinlərdən və ekipajdan xəsarət alan olmayıb.

Mənbə: İHA


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla