AZ

Moldova prezidenti Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək sammitdə iştirak edəcək

Moldova Prezidenti Maya Sandu ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

"Operativ Media" xəbər verir ki, görüş zamanı Sandu iyunun 15-16-da İsveçrədə keçiriləcək “sülh sammitində” iştirakını təsdiqləyib.

“Biz Moldova və Ukraynanın Avropa İttifaqına daxil olması istiqamətində növbəti addımları, əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə etdik", - Sandu bildirib.

Qeyd edək ki, İsveçrə Xarici İşlər Nazirliyi Ukrayna ilə bağlı konfransın tarixlərini təsdiqləyib. Tədbir Bürgenstokda baş tutacaq. Qonaqlar arasında G7, G20 və BRİKS ölkələri var. Ümumilikdə 120 ölkədən 160 nümayəndə heyəti.

Rusiya hazırda dəvət olunan iştirakçılar siyahısında yoxdur, lakin nazirlik dəvət göndərmək ideyasının açıq olduğunu qeyd edib. Rusiya Xarici İşlər Nazirliyi bu konfransın keçirilməsini “heç bir yerə aparan yol” hesab edir və prezident Putin belə bir forumun keçirilməsi ideyasını “bir növ panoptikon” kimi qiymətləndirib. Kreml vurğulayıb ki, Rusiya olmadan Ukrayna üzrə danışıqlar dinc dialoqa gətirib çıxarmayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
1
Mənbələr
Şərh ()
Bağla