AZ

Moldova prezidenti Ukrayna ilə bağlı keçiriləcək sammitdə iştirak edəcək

Moldova prezidenti Maya Sandu Ukraynanın rəhbəri Vladimir Zelenski ilə telefon danışığı aparıb, o, İsveçrədə keçiriləcək “sülh sammitində” iştirakını təsdiqləyib, həmçinin Kiyev və Kişinyovun Avropa İttifaqına daxil olması üçün atacağı addımları, eləcə də regional təhlükəsizlik məsələlərini müzakirə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Newsmaker” məlumat yayıb.

“Avropa Günündə, bütün Avropada birlik və sülhə, Ukraynanın qorumaq üçün cəsarətlə mübarizə apardığı sülhə həsr olunmuş gündə prezident Zelenski ilə danışdım. Biz Moldova və Ukraynanın Avropa İttifaqına daxil olması, əməkdaşlıq və regional təhlükəsizlik üçün növbəti addımları müzakirə etdik”, – Sandu bildirib.

Söhbət zamanı prezident Ukrayna üzrə iyunun 15-16-da keçiriləcək sülh sammitində iştirakını təsdiqləyib, – materialda qeyd edilir.

İsveçrə Xarici İşlər Nazirliyi Ukrayna ilə bağlı konfransın tarixlərini təsdiqləyib. Tədbir Bürgenstokda baş tutacaq. Dəvət olunanlar arasında G7, G20 və BRICS ölkələri var. Ümumilikdə – 120 ölkədən 160 nümayəndə heyəti iştirak edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
31
nocomment.az

10Mənbələr