AZ

Daşınmaz əmlakın icbari sığortası bazarı böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin birinci rübündə (yanvar-mart ayları) daşınmaz əmlakın icbari sığortası üzrə 36 milyon 893 min manat sığorta haqqı yığılıb. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, illik müqayisədə 1,2% çoxdur. Ötən ilin yanvar-mart aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 36 milyon 440 min manat təşkil edib. 

Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 169,5 min manat və ya 43,4% artaraq 560 min manata yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
Mənbələr
Şərh ()
Bağla