AZ

Çempionlar Liqasının finalı: "Borussiya Dortmund" 20, yoxsa 25 milyon avronu seçəcək?

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının finalına yüksələn "Dortmund Borussiya" klubu iyunun 1-də “Uembli”də keçiriləcək nəhəng matçda “Real Madrid”lə üz-üzə gələcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəhəng matçın nəticəsi nə olursa olsun, qazanan tərəf isə Almaniya klubu olacaq.

Məlumata görə, buna zəmin yaradan isə Jude Bellinghamın ötən yay 103 milyon avroya "Borussiya Dortmund"dan Real Madridə transfer edilməsi barədə imzalanan müqavilədəki şərtlərdir: "O vaxt imzalanan müqaviləyə əsasən, "Real Madrid" Şempionlar Liqasının finalını qazanarsa, o zaman alman klubuna daha 25 milyon avro ödəyəcək.  İndisə onlar finalda üz-üzə gəlir. "Real" qazansa, 25 mkilyon avro alman klubuna ödəməyə məcbur qalacaq. Yox, "Borrusiya" qazansa, o zaman UEFA klubun kassasına 20 milyon qlaib mükafatı köçürüəcək.  Yəni, hər iki halda qazanan tərəf Dortmund komandası olacaq".

Fərid Aslan

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla