AZ

Xorvatiya ilə ticarət dövriyyəsində əhəmiyyətli artım qeydə alınıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Xorvatiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 22,3 dəfə və ya 49,28 milyon ABŞ dolları artaraq 51,5 milyon dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk rübündə Azərbaycandan Xorvatiyaya 50,4 milyon dollar dəyərində məhsul ixrac edilib. 2023-cü ilin eyni dövründə bu göstərici cəmi 13,1 min dollar olub.

Xorvatiyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 50 faiz və ya 1,4 milyon dollar azalaraq 1,1 milyon dollar təşkil edib.

2024-cü ilin yanvar-mart aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Xorvatiya ilə ticarətin payı 0,53 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,52 faiz bəndi çoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
Mənbələr
Şərh ()
Bağla