Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 34-cü turunun hakim təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
34-cü tura bu gün keçiriləcək bir oyunla start veriləcək. Turun açılış matçında “Neftçi” ilə “Kəpəz” komandaları üz-üzə gələcəklər. Bu oyunu Fərid Hacıyev idarə edəcək.
İkinci oyun gününə təsadüf edəcək “Araz-Naxçıvan” – “Turan Tovuz” matçında Kamal Umudlu söz sahibi olacaq. “Zirə” – “Qarabağ” görüşünün baş hakimi isə FİFA referisi Əliyar Ağayev təyin edilib.
“Qəbələ” – “Sabah” qarşılaşması Elçin Məsiyevə tapşırılıb. “Sumqayıt”la “Səbail”in görüşünü isə Rəvan Həmzəzadə idarə edəcək.
Premyer Liqa
34-cü tur
10 may
“Neftçi” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena”, 19:00.
11 may
“Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mərdəkan. “Dalğa Arena”, 17:00.
“Zirə” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə İdman Kompleksi stadionu, 19:30.
12 may
“Qəbələ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu, 17:00.
“Sumqayıt” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.