AZ

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Azərbaycan

Bakı, 10 may, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun hakim təyinatları açıqlanıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi” və “Kəpəz” komandaları arasında keçiriləcək açılış matçını Fərid Hacıyev idarə edəcək.

Turun mərkəzi qarşılaşması olan “Zirə” – “Qarabağ” görüşü isə FIFA referisi Əliyar Ağayevə tapşırılıb.

Premyer Liqa

XXXIV tur

10 may (cümə)

19:00. “Neftçi” – “Kəpəz”

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev

VAR: İnqilab Məmmədov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Neftçi Arena”.

11 may (şənbə)

17:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”

Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Seymur Səlimli

“Liv Bona Dea Arena”.

19:30. “Zirə” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Zirə İdman Kompleksi stadionu.

12 may (bazar)

17:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu.

19:30. “Sumqayıt” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Elçin Məmmədov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
421
10
azertag.az

10Mənbələr