AZ

“Paşinyanı hüquqi müstəvidə cəzalandırmaqla hədələyirlər“ - Politoloq

"Paşinyanı hüquqi müstəvidə cəzalandırmaqla hədələyirlər".

Politoloq Əlimusa İbrahimov bunu News365.az-a deyib.

"Ermənistanda mitinq təşkilatçısının geri qayıtması və yaxud özünü guya müalicə etdirmək məqsədilə mitinqdən ayrılması mitinqin artıq istədikləri nəticəni vermədiyini sübüt edir. Eyni zamanda Baqrat Talstanyanın hüquqi səviyyədə Paşinyana qarşı tədbir görmək, və yaxud onun hakimiyyətədən uzaqlaşdırılması haqqında qərar qəbul etməsi də məhz mitinqin zəiflədiyinin işarəsidir. Bu etirazlar nəticə verməyəcək. Bu vaxta qədər birinci səfər deyil ki, Paşinyanı hüquqi müstəvidə cəzalandırmaqla hədələyirlər. Bir neçə dəfə cəhd olunmuşdu ki, Paşinyana qarşı impicmnet irəli sürsün və onu kamiyətdən hüquqi yolla uzaqlaşdırsınlar. Ermənistanda olan müxalifətində kifayət qədər qüvvəsi yoxdur ki, Paşinyana impicment irəli sürsün"- deyə politoloq bildirib. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla