AZ

Osman Xalıyev: Bu il hədəfimiz sahibkarlara 200 mln. manat güzəştli kredit verməkdir

Bu il sahibkarlara verilən güzəştli kreditlərlə bağlı minimum hədəf ötən ilki nəticələri təkrarlamaqdır.

Bunu "APA-Economics"ə müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xalıyev deyib.

"Geniş aspektdə isə bu il sahibkarlara 200 milyon manat civarında güzəştli kreditin verilməsi hədəflənir", - deyə O.Xalıyev əlavə edib.

O qeyd edib ki, güzəştli kreditlər sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə verilir:

"Cari ildə bu istiqamətlərə qeyri-neft sektorunda sənaye istehsalı və emalı, o cümlədən aqrar emal, kənd təsərrüfatı və anbar kompleksləri, logistika xidməti, akvakultura, yaşıl və innovasiya yönümlü, eləcə də KİV-lərin inkişafı üzrə layihələrin dəstəklənməsi daxildir. Regionlarda təhsil, turizm sahələri, Naxçıvan MR-da və işğaldan azad edilmiş ərazilərdə isə xidmət sektorları da prioritet sahələr sırasındadır".

Qeyd edək ki, ötən il Azərbaycanda ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit ayrılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
253
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq