AZ

“Kapital Bank” işğaldan azad edilmiş daha bir neçə bölgədə filial açacaq

“Kapital Bank” yaxın vaxtlarda Xankəndidə filialını açacaq.

Bu barədə bankın İdarə Heyətinin sədri Fərid Hüseynov “Kapital Bank”ın ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

F.Hüseynov bildirib ki, bank Cəbrayıl və Şuşada da filial açmağı planlaşdırır.

Qeyd edək ki, artıq “Kapital Bank”ın Laçın və Zəngilanda filialları fəaliyyət göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
278
12
banker.az

10Mənbələr