AZ

Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq əlaqələri genişlənir

Azərbaycan beynəlxalq aləmdə əməkdaşlığa açıq bir dövlətdir. Ölkəmiz bir çox dövlətlərlə o cümlədən, Bolqarıstanla yüksək səviyyədə əlaqələr qurmağa nail olmuşdur. İki ölkə arasında əlaqələrə nəzər salsaq dövlətlərarası əlaqələrimizin zəngin tarixi olduğunu, diplomatik münasibətlərin 1992-ci ildən qurululuğunu görərik.
 
1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlaması iki ölkə arasında qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlığın uzun bir yol keçdiyini görmüş oluruq.
 
Elə bu günlərdə dəqiq desək cari ilin 8 may tarixində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri bir daha bu münasibətlərin dərinləşməyinə xidmət edirdi.
 
Səfər zamanı iki ölkə Prezidentlərinin rəsmi görüşü və görüşdən sonra mətbuat konfransında səsləndirilən fikirlər və imzalanan sənədlər xüsusi ilə diqqət çəkən məqam oldu. Mətbuat konfransında rəsmi çıxışlarda Bolqarıstan və Azərbaycanın 2015-ci ildən strateji tərəfdaş olduğu, bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf etdiyi, son vaxtlar ticarət dövriyyəsində bir neçə dəfə artım olduğu, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracının artdığı bir daha vurğulandı. Eyni zamanda bildirildi ki, keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq.
 
Əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və biz həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük.
 
Ölkəmiz Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Bu sahədə potensialımız  kifayət qədər genişdir.
 
Nəqliyyat sahəsi önəmli əməkdaşlıq istiqamətidir. Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. 
 
İmzalanan sənədlərə nəzər salsaq, “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”,  “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu” bir daha iki ölkə arasında  mövcud imkanlarından səmərəli əməkdaşlığa nail olunacağına dəlalət edir.
 
Ümumilikdə Azərbaycan-Bolqarıstan münasibətlərində görürük ki, iki ölkə arasında 60-dan çox sənəd imzalanıb, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir, iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur və bu imkanlardan səmərəli istifadə edilməsi əsas məqsəddir.
 
Ölkəmizin xarici siyasətində bir daha şahid oluruq ki, Azərbaycan öz Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bir çox dünya ölkələri ilə öz milli maraqları çərçivəsində qarşılıqlı əməkdaşlıq edir.
 
Liza Cabbarova,
Bərdə şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin müəllimi
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla