AZ

Putinin iki uşağının anası olaraq TANINIR! Səssizliyini belə POZDU - FOTOLAR

Putinin iki uşağının anası olaraq TANINIR! Səssizliyini belə POZDU - FOTOLAR

Rusiya prezidenti Vladimir Putinin sirr kimi saxladığı iki övladının anası olduğu deyilən Alina Kabayeva susqunluğunu pozub.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin keçmiş sevgilisi Alina Kabayeva bu həftə Putinin andiçmə mərasimində iştirak edib və onu açıq şəkildə tərifləyib.

Bu ilin əvvəlində "Daily Star" qəzeti yazıb ki, Putin gizli saxladığı iki övladının anası Kabaeva ilə münasibətini kəsib. İndi Putinin 39 yaşlı Yekaterina Mizulina ilə münasibətdə olduğu deyilir. Andiçmə mərasimində iştirak edən Alina Kabayeva Putinin siyasətini dəstəklədiyini bildirib:

"Xüsusi hərbi əməliyyat keçirilir və bu asan bir iş deyil. Lakin, insanlarn seçkilərə gələrək, prezidentini seçməsi və onu dəstəkləməsi mühümdür. Biz seçicilər görürük ki, liderimiz xarici ölkələrə yox, öz xalqına güvənir. Bütün uğurlarımızın, qələbələrimizin əsası budur".

Bununla yanaşı, Alina Kabayeva 2004-cü il Olimpiadasında ölkəsinə qızıl medal qazandırdığı vaxtları xatırladaraq idmançıların və döyüşçülərin oxşar xüsusiyyətlərinə toxunub:

"İdmançı döyüşçü kimidir. Rəhbərlik hara desə, ora getməlisən. Əgər getmə deyirlərsə, getmə. Məşqçim nəyə imkansızdır deyirsə, istər-istəməz onun alınması mümkün deyil".

PutininPutinin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
Mənbələr
Şərh ()
Bağla