AZ

Putin Mişustinin Baş nazir postuna namizədliyini İRƏLİ SÜRDÜ

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Mixail Mişustinin Baş nazir postuna namizədliyi ilə bağlı təklif verib.

 

Sfera.az xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Telegram kanalında Mişustinin namizədliyini açıqlayıb.

 

"Baş nazirin namizədliyi bütün fraksiyalarda müzakirə olunacaq və günorta saatlarında Rusiya Federasiyası Dövlət Dumasının plenar iclası başlayacaq.Əvvəlcə Mixail Mişustin məruzə ilə çıxış edəcək. Sonra deputatlar suallar verəcək, siyasi fraksiyaların nümayəndələri çıxış edəcəklər. Bundan sonra Rusiya Federasiyasının Baş nazirinin namizədliyinin təsdiqi ilə bağlı səsvermə keçiriləcək"-, Dövlət Dumasının spikeri bildirib.

 

Əzizə Zeynal

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
Mənbələr
Şərh ()
Bağla