AZ

İki ölkə arasında pula görə gərginlik - FOTO

Nepalla Hindistan arasında pula görə gərginlik yaranıb.

Ölkə.Az "İndependent"ə istinadla xəbər verir ki, buna səbəb Nepalda hazırlanan 100 rupilik yeni əskinasdır.

Bu addım son illərdə iki ölkə arasında münasibətlərə xələl gətirən və uzun müddətdir davam edən sərhəd mübahisəsini yenidən alovlandırıb.

2020-ci ildə Hindistanın çini nəzərə alaraq şimaldakıə Uttarakand əyalətini strateji Lipulex dağ keçidinə bağlamaq üçün yol çəkməsi ilə anlaşmazlıq yaranmışdı.

Bu da Lipulex, Kalapani və Limpiyadhura rayonları ətrafında ziddiyyətli iddiaların yaranmasına səbəb olub.

Rəsmi Katmandunun Nepal sərhədləri daxilində mübahisəli əraziləri göstərən yeni xəritəni pulun üzərində çap etməsi Hindistanı qəzəbləndirib.

Yeni Dehli buna etiraz edərək Nepalın iddialarının süni şəkildə genişləndirilməsinin tarixi faktlara əsaslanmadığını və buna görə də qəbuledilməz olduğunu bildirib.

Yeni xəritə Nepala 335 kvadrat kilometr əlavə edir.

Qeyd edək ki, Nepal Limpiyadhura, Kalapani və Lipulex bölgələrindəki iddialarını 1816-cı ildə Britaniya Rajı ilə imzalanmış Suqauli müqaviləsinə əsaslanır. Ancaq bu bölgələr 1962-ci ildə Çinlə müharibədən bəri Hindistanın nəzarətindədir.

Billurə

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla