AZ

Seriyalarda tarazlıq yarandı

MBA-da pley-offun 2-ci mərhələsində növbəti iki oyun baş tutub. Hər iki seriyada ümumi hesab bərabərləşib.

Çempionatı lider kimi tamamlayan “Boston Seltiks” komandası evdə ikinci oyununu qələbə ilə tamamlamağı bacarmayıb. Bu dəfə sevinən tərəf “Klivlend Kavalers” olub – 118:94. Komandanın lideri Donovan Mitçell 29 xal yığıb. Meydan sahiblərindən Ceyson Teytumun aktivində 25 xal var.

Digər oyunda “Dallas Maveriks” səfərdə “Oklahoma-Siti Tanders”dən üstün olub – 119:110. Kanadalı basketbolçu Şey Gilgs-Aleksandrin aktivində 33 xal və 12 ribaund var. Qonaqlarda isə ən çox xalı Luka Donçiç yığıb. O, 29 xaldan başqa 10 ribaund edib. Eyni sayda xala Vaşinqton da malikdir.

Seriyada növbəti oyunlar Klivlend və Dallasda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla