AZ

Belçikada İsrailin “Eurovision”da iştirakına etiraz edilib

Belçikanın "VRT" televiziyası İsrailin Qəzzaya hücumlarına etiraz olaraq İsveçin Malmö şəhərində keçirilən "Eurovision"-un ikinci yarımfinalının əvvəlində yayımını dayandırıb.

"Cebhe.info" xəbər verir ki, kanalın yayımladığı mesajda "Bu, birlik aksiyasıdır. İsrail dövlətinin insan haqları pozuntularını qınayırıq. Bundan əlavə, İsrail mətbuat azadlığını məhv edir. Ona görə də yayımımızı bir müddət dayandırırıq. İndi atəşkəs" deyə bildirib.

İki Belçikalı nazir daha əvvəl bildirmişdilər ki, İsrail Qəzzada mülki insanlara qarşı hücumları davam etdiyi müddətcə "Eurovision" mahnı müsabiqəsində iştirak etməməlidir.

“Eurovision” mahnı müsabiqəsində Belçika, Portuqaliya, İngiltərə, İrlandiya, İsveçrə, Norveç, Danimarka, Litva, Finlandiya və San-Marinonu təmsil edəcək sənətçilər Qəzzada təcili və davamlı atəşkəsə çağırıblar.

Avropanın bir çox ölkəsindən müxtəlif qruplar mayın 11-də İsveçin Malmö şəhərində finalı keçiriləcək “Eurovision” mahnı müsabiqəsində İsraili qadağan etməyə çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla