AZ

"Avroviziya 2024": Finala vəsiqə qazanan ölkələr bəlli oldu

İsveçin Malmö şəhərində keçirilən "Avroviziya-2024" mahnı müsabiqəsində ikinci yarımfinal mərhələsi başa çatıb.

News24.az xəbər verir ki, "Avroviziya-2024"-ün finalına Latviya, Avstriya, Niderland, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Gürcüstan, Ermənistan vəsiqə qazanıb.

Müsabiqənin birinci yarımfinalından isə finala Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksemburq adlaya bilmişdi.

Finala birbaşa vəsiqə qazanan ölkələr isə İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır.

Müsabiqənin finalı mayın 11-də keçiriləcək.

Ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyib.//teleqraf


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
37
Mənbələr
Şərh ()
Bağla