İsveçrə Avroviziya-2024-ün qalibi olub.
İsveçrə təmsilçisi 591 xal toplayıb. İkinci və üçüncü pillələrdə isə Xorvatiya və Ukrayna təmsilçiləri yer alıb.
Azərbaycandan olan səsverməni “Avroviziya 2009” təmsilçimiz Aysel Adıgözəlzadə (Teymurzadə) təqdim edib.
Azərbaycan 12 xalı İsveçrəyə verib.
Digər sıralama isə belədir:
- 10 xal - İrlandiya
- 8 xal - Luksenburq
- 7 xal - Gürcüstan
- 6 xal - İtaliya
- 5 xal - İsveç
- 4 xal - Xarvatiya
- 3 xal - Sloveniya
- 2 xal - Kipr
- 1 xal - Ukrayna
Qeyd edək ki, ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyiblər.