AZ

ABL: Bu gün yarımfinalın daha bir görüşü keçiriləcək

Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində bu gün daha bir oyun keçiriləcək.

“İki sahil” xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində "Xırdalan" və "Sabah" arasında ikinci oyun baş tutacaq.

Görüşün start fiti saat 19.30-da səslənəcək. Komandaların ilk görüşü "Sabah"ın 101:85 hesablı qələbəsi ilə başa çatıb. "Xırdalan" qələbə qazanacağı təqdirdə, mayın 13-də üçüncü görüş olacaq.

Qeyd edək ki, yarımfinalın digər cütündə "NTD-İndiqo" ilə "Xəzri" komandaları qarşılaşıb. Mayın 8-də "Sərhədçi" İdman Mərkəzində baş tutan matçda ikincilər 63:61 hesablı qələbə qazanıb. Bu komandalar arasında ikinci oyun sabah gerçəkləşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
10
Mənbələr
Şərh ()
Bağla