AZ

"Sabah"ın finaldakı rəqibi kim olacaq?

Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində bu gün daha bir oyun keçiriləcək.

Sportnet.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində "Xəzri" və "NTD-İndiqo" arasında ikinci görüş baş tutacaq.

Matçın start fiti saat 19.30-da səslənəcək. Komandaların ilk görüşü "Xəzri"nin 63:61 hesablı qələbəsi ilə başa çatıb. "NTD-İndiqo" qələbə qazanacağı təqdirdə, mayın 13-də üçüncü görüş olacaq.

Qeyd edək ki, bu cütün qalibi finalda "Sabah"ın rəqibi olacaq.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
sportnet.az

10Mənbələr