"Bayer" Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Roma" ilə heç-heçə edib (2:2).
90deqiqe.Az-ın məlumatına görə, beləliklə, leverkuzenlilər məğlubiyyətsizlik seriyasını 49 matça çatdırıb. Klub 48 matçda uduzmayan "Benfika"nın nailiyyətini geridə qoyub.