AZ

TikTok-dan yenilik - Süni intellektlə hazırlanan məzmun etiketlənəcək

TikTok-dan yenilik - Süni intellektlə hazırlanan məzmun etiketlənəcək

TikTok dezinformasiyaya qarşı mübarizə çərçivəsində tətbiqə yüklənmiş süni intellektlə hazırlanmış fotoşəkilləri etiketləyən ilk video paylaşma platforması olduğunu açıqlayıb.



TikTok tərəfindən verilən açıqlamada rəqəmsal məzmunun süni intellekt tərəfindən istehsal olunduğunu bilməyən istifadəçilərin səhv istiqamətləndirməsinin qarşısını almaq üçün platformaya yüklənən məzmunun tətbiqin etdiyi filtrlərdə olduğu kimi etiketlənəcəyi bildirilib.

Açıqlamada platformaya yüklənən foto və video məzmuna metadataların əlavə ediləcəyi, süni intellektlə istehsal olunduğu müəyyən edilən məzmunun etiketlənəcəyi, gələcəkdə bu məqsədlə audio faylların da skan ediləcəyi qeyd edilib.

Belə ki, açıqlamada TikTok-un süni intellekt məzmununu etiketləyən ilk video paylaşma platforması olduğu vurğulanıb və Adobe, Arm, Intel, Microsoft və digər Truepic şirkətlərlə əməkdaşlıqda yaradılan Content Proof and Authenticity Coalition (C2PA) məzmun etibarnamələri texnologiyasından istifadə edəcəkləri qeyd edilib.

TikTok tətbiqinin istifadə şərtləri bir ildən artıqdır ki, istifadəçiləri tərəfindən platformaya yüklənmiş real süni intellekt məzmununun etiketlənməsini tələb edirdi.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
1
Mənbələr
Şərh ()
Bağla