AZ

"TikTok" süni intellektlə hazırlanan məzmunları etiketləyən ilk platforması olduğunu açıqladı

"TikTok" dezinformasiyaya qarşı mübarizə çərçivəsində tətbiqə yüklənmiş süni intellektlə hazırlanmış fotoşəkilləri və şəkilləri etiketləyən ilk video paylaşma platforması olduğunu açıqladı. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "TikTok" tərəfindən edilən yazılı açıqlamada, rəqəmsal məzmunun süni intellekt tərəfindən istehsal olunduğunu bilməyən istifadəçilərin yönləndirilməsinin qarşısını almaq üçün platformaya yüklənən məzmunun, tətbiqin öz daxilində təqdim etdiyi filtrlər kimi etiketlənəcəyi bildirilib. Açıqlamada platformaya yüklənən foto və video məzmuna metadataların əlavə ediləcəyi, süni intellektlə istehsal olunduğu müəyyən edilən məzmunun etiketlənəcəyi, gələcəkdə bu məqsədlə audio faylların da skan ediləcəyi qeyd edilib. Belə ki, açıqlamada "TikTok"un süni intellekt məzmununu etiketləyən ilk video paylaşma platforması olduğu vurğulanıb və "Adobe", "Arm", "Intel", "Microsoft" və "Truepic" şirkətləri ilə əməkdaşlıq çərçivəsində yaradılan "Content Proof" və "Authenticity Coalition"ın, (C2PA) "məzmun etimadnamələri" texnologiyasından istifadə edəcək. “Süni intellekt sahəsində tərəfdaşlıq (PAI)” qeyri-hökumət təşkilatının Süni İntellekt və Media İnteqrasiyası şöbəsinin rəhbəri Claire Leiboviç bildirib ki, “məzmun etimadnamələri” texnologiyası su nişanı üsulları ilə müqayisədə şəffaflığa daha çox töhfə verir. "TikTok" tətbiqinin istifadə şərtləri bir ildən artıqdır ki, istifadəçiləri tərəfindən platformaya yüklənmiş real süni intellekt məzmununun etiketlənməsini tələb edir. Keçən il verdiyi açıqlamalarda "Meta", gələcək versiyalarda süni intellekt alətləri tərəfindən istehsal edilən şəkillərin, video və audionun müəyyən edilməsini asanlaşdıracaq texniki standartları müəyyən etmək üçün sənaye tərəfdaşları ilə işlədiyini vildirib, "Google", "YouTube" və digər platformalara süni intellekt etiketlərinin əlavə ediləcəyini açıqlayıb. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
2
bizimyol.info

4Mənbələr