Amerika Birləşmiş Ştatları yaxın həftələrdə Ukraynaya yeni silah sistemləri tədarük edəcəyini açıqlayacaq.
APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
O bildirib ki, Ukrayna ordusunda şəxsi heyətin artırılması məsələsi yalnız ölkənin daxili məsələsidir.
“ABŞ Ukraynaya hərbi dəstəyini davam etdirəcək və ordunu məqsədinə çatdırmaq üçün ölkə iqtisadiyyatını dəstəkləməyə davam edəcək”, - deyə o bildirib.
Dövlət Departamentinin sözçüsü onu da bildirib ki, yaxın bir neçə həftə ərzində Ukraynaya silah tədarükü ilə bağlı açıqlamalar olacaq.