AZ

Subay kişilərdə cinsi zəyiflik və erkən boşalma - Düzgün MÜALİCƏSİ+VİDEO

  "Cinsi zəyiflik cinsi həyat başladıqdan sonra hər yaş qrupundan olan insanlarda ola bilər. Xüsusən yaşlı şəxslərdə olur ki, bu da qocalma prosesinin tərkib hissəsidir. 40 yaşından başlayaraq cinsi zəyiflik başlayır amma insanlar bununla barışmağa 50 yaşdan sonra başlayırlar". 
Sağlamolun.az xəbər verir ki, bu sözləri "Baku City Hospital"ın uroloq-androloqu Mirhikmət Qiyasov Səhiyyə TV-də yayımlanan "Sizin Doktor" verilişində deyib. Həkim bildirib ki, cavan yaşda olan kişilər arasında da cinsi zəyiflikdən əziyyət çəkənlər var: "Bu zəyiflik bir çox səbəblərdən ola bilər. Xüsusi vurğulamaq istədiyim bir kateqoriya var ki, bəzən subay oğlanlar və ya partniyoru olmayan kişilər gəlir məndə cinsi zəyiflik var. M ən onlara belə bir misal çəkirəm ki, bu velosiped sürmək kimidir. Ayda və ya ildə bir dəfə sürməyə cəhd etsəniz mütləq ki yıxılacaqsınız. Ona görə də mən partniyoru olmayıb cinsi zəyifliyim var deyib müraciət edən pasiyentlərə dərman müalicəsindən əvvəl 3 aylıq həftədə 3 dəfədən az olmayan cinsi əlaqə məsləhət görürəm. 3 ay sonra yenidən cinsi zəyifliklə müraciət edərsə, onda müvafiq müalicə təyin edirik". Həkimlə əlaqə sağlamaq üçün +994 50 662 69 92 mobil nömrəsinə zəng edin. Daha ətraflı videodan izləyin:

Saglamolun.Az





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
289
7
Mənbələr
Şərh ()
Bağla