AZ

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycan güləşçisi Murad Məmmədov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Teleqraf.com xəbər verir ki, 28 yaşlı idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub.

60 kq çəkidə çıxış edən idmançımız yarımfinalda Razvan Arnautla (Rumıniya) qarşılaşıb. Məmmədov 8:2 hesabı ilə qalib gələrək Fransa paytaxtında iştirak hüququna yiyələnib.

Beləliklə, Azərbaycan olimpiadaya 21-ci lisenziyanı qazanıb.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
43
teleqraf.com

10Mənbələr