AZ

Paris-2024: Azərbaycanın lisenziya sayı 24-ə yüksəlib

Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha 1 lisenziya əldə edib.

İdman.biz xəbər verir ki, qadın güləşçimiz Mariya Stadnik (50 kq) İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində bu uğura nail olub.

O, yarışda bürünc medal qazanmaqla Fransa paytaxtında çıxış etmək hüququ qazanıb. Bununla da Azərbaycan milli komandasının lisenziya sayı 24-ə yüksəlib.

Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılar

Badminton
Edi Reski Dviçayo (kişilər, fərdi)
Keişa Fatimə Zəhra (qadınlar, fərdi)

Gimnastika
Zöhrə Ağamirova, bədii gimnastika
Selcan Maqsudova, batut gimnastikası

Güləş
Əliabbas Rzazadə (57 kq), sərbəst güləş
Hacı Əliyev (65 kq), sərbəst güləş
Turan Bayramov (74 kq), sərbəst güləş
Osman Nurmaqomedov (86 kq), sərbəst güləş
Maqomedxan Maqomedov (97 kq), sərbəst güləş
Giorgi Meşvildişvili (125 kq), sərbəst güləş
Murad Məmmədov (60 kq), yunan-Roma güləşi
Həsrət Cəfərov (67 kq), yunan-Roma güləşi
Sənan Süleymanov (77 kq), yunan-Roma güləşi
Rafiq Hüseynov (87 kq), yunan-Roma güləşi
Sabah Şəriəti (130 kq), yunan-Roma güləşi
Mariya Stadnik (50 kq), qadın güləşi

Atletika
Anna Skidan, çəkicatma

Boks
Nicat Hüseynov (51 kq)
Murad Allahverdiyev (80 kq)
Məhəmməd Abdullayev (+92 kq)

Taekvondo
Qaşım Maqomedov (58 kq)

Atıcılıq
Ruslan Lunyov (10 m, pnevmatik tapança)

Basketbol
Qadın yığması, 3x3 növü

Avarçəkmə
Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
308
7
idman.biz

10Mənbələr