AZ

"Sabah"ın futbolçusu "Soldati di Sabah"dan üzr istəyib? - AÇIQLAMA

Sabit oyun sərgiləyərək uğrulu seriya yaxalayan “Sabah” hələ də bunu davam etdirir.

Masazır təmsilçisi “Araz-Naxçıvan”la oyundan da qələbə ilə ayrılaraq ilk “üçlüy”ə girməyi bacardı. Oyunöncəsi məşqdə “bayquşlar”ın futbolçularından biri vurduğu zərbəylə öz fanklubları olan “Soldati di Sabah”ın pankartını yerə saldı. Zərbəni vuran futbolçunun fanklubdan üzrxahlıq edib-etmədiyini öyrənməyə çalışdıq. Buna görə “Soldati di Sabah”ın rəhbəri Ağaxan Abdullayevlə əlaqə saxladıq:
“Pankartımızın düşməsinə səbəb həmin zərbə deyildi. Sadəcə, pankartı normal yerdə asmamışdıq”.


KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
football-plus.az

1Mənbələr