AZ

Lalə etiraf etdi: Xoşladığım oğlan var, amma...

Rusiyanın aparıcı gimnastı, Azərbaycan əsilli Lalə Kramarenko şəxsi həyatı ilə bağlı təfərrüatları paylaşıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Lalə aprel ayında bir neçə aydır görüşdüyü fiqurlu konkisürən Fyodr Varlamovdan ayrıldığını elan etdi. O, "YouTube" kanalı "Discipline"-a müsahibəsində başqa birisinə vurulduğunu etiraf edib.

- Uzun müddət Fyodrla ən yaxşı dost idiniz. Və sonra bu münasibət sevgili statusuna keçdi. Bu necə oldu?

- Bir müddət danışdıq, sonra münasibətə çevrildi.

- İndi vəziyyət necədir? O, hansı statusdadır?

- İndi daha ünsiyyət qurmuruq. Sağollaşdıq.

- Bəs buna nə səbəb oldu?

- Səbəb var, amma deməyəcəyəm. Biz ünsiyyət qurmuruq. Hələlik bu qədər.

-İndi ürəyiniz boşdur?

- Bəli. Xoşladığım oğlan var. Ancaq o azaddır.

Qeyd edək ki, Lalə Karamarenko Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenkonun qızıdır.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
big.az

1Mənbələr