AZ

Rəhmon Putini miqrantlar məsələsini müzakirə etməyə dəvət EDİB

Tacikistan prezidenti Emoməli Rəhmon rusiyalı həmkarı Vladimir Putini əmək miqrantları mövzusunu müzakirə etməyə dəvət edib.

"Unikal" xəbər verir ki, Rəhmon bunun Tacikistan tərəfi üçün çox həssas məsələ olduğunu vurğulayıb.

Bildirilib ki, Putin Kremldə Rəhmonla görüş keçirib.

Rusiya prezidenti bildirib ki, Rusiya və Tacikistanın xüsusi xidmət orqanlarının terror təhdidlərinə cavab vermək üçün işi qurulub.

Kremldə Tacikistan prezidenti ilə danışıqlar zamanı Putin “Krokus Siti Holl”da baş verən terror aktından sonra həmkarına verilən başsağlığına görə təşəkkür edib.

Ramil Zeynallı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
50
Mənbələr
Şərh ()
Bağla