AZ

Samuxun icra başçısı kənd sakinləri ilə görüşdü - FOTOLAR

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayon mərkəzindən 63 km uzaqlıqda, Gürcüstan Respublikası ilə sərhəddə yerləşən Salahlı kənd tam orta məktəbində kənd sakinləri ilə səyyar görüş keçirib.

"Unikal" xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, şəhid ailələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.

Səyyar görüş zamanı bir qrup kənd sakinini dinləyən icra başçısı mövcud problemlərin həlli, o cümlədən Salahlı kəndində suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, qaz xəttinin çəkilməsi və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
228
50
unikal.az

10Mənbələr