AZ

Karlo Ançelotti Çempionlar Liqasında tarixi nailiyyətə imza atdı

Çempionlar Liqasının yarımfinalında “Bayern”ə qarşı cavab oyunu (2:1) “qaymaqlılar”ın baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub.

Arena.az xatırladır ki, Münhendəki ilk oyunda 2:2 hesablı heç-heçə oynamış “Real”, Madriddəki cavab oyununda 2:1 hesabı ilə qalib gələrək, mötəbər yarışın finalına yüksəlib.

Beləliklə, Karlo Ançelotti Çempionlar Liqasının finalına çıxış sayına görə mütləq rekorda imza atıb.

İtalyan mütəxəssis məşqçilik karyerasında 6-cı dəfə Çempionlar Liqasının finalına yüksəlib. O, əvvəllər “Milan”la 3 dəfə (2002/2003, 2004/2005 və 2006/2007) və “Real”la 2 dəfə (2013/2014, 2021/2022) finala yüksəlib.

Ançelottinin komandası həlledici görüşdə yalnız bir dəfə məğlub olub. Çempionlar Liqasının 2004/2005-ci illər mövsümündə “Milan” “Liverpul” oyunda 3:0 hesablı üstünlüyünü əldən verərək, 3:3 hesablı heç-heçənin ardınca oyunsonrası penaltilər silsiləsində “qırmızılar”a 2:3 hesabı ilə uduzmuşdu.

Beləliklə, Çempionlar Liqasının finalına yüksəlmiş “Real” həlledici oyunda Almaniyanın digər təmsilçisi – Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
arena.az

10Mənbələr