AZ

ƏDV qeydiyyatı ləğv edilən vergi ödəyicisinin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ

Təcrübədə rast gəlinən suallardan biri də ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan çox olan pərakəndə ticarət və ya xidmət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin ƏDV ödəyicisi olduqdan sonra yenidən sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun tənzimlənməsidir.

 

Azərbaycanda ƏDV ödəyicilərinin sayı - 5,3 FAİZ ARTIB

FED.az xəbər verir ki, sahibkarları maraqlandıran bu mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir:

Vergi Məcəlləsinin 218.2-ci maddəsində edilmiş dəyişikliklərdə qeyd olunan hallara aydınlıq gətirilib. Məcəllənin 218.2-ci maddəsinə edilmiş əlavəyə əsasən, bu Məcəllənin 158.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edildikdə, o, öz fəaliyyətini həmin Məcəllənin 218.1.1-ci maddəsinə uyğun və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər.

Maddədə diqqət yetiriləsi əsas məqamlardan biri Məcəllənin 158.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğv edilməsi məsələsidir. Vergi Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər.

Misal 1: ƏDV qeydiyyatında olan vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 200.000 manatdan aşağı – 150.000 manat olub. Vergi ödəyicisi müraciət edərək sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmək istəsə, ona imtina veriləcək. Çünki Vergi Məcəlləsinin 158.2-ci maddəsində vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləğinin əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox olmaması tələbi qoyulur.

Misal 2: Xidmət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan çox olduğu üçün 2024-cü ilin fevral ayında ƏDV qeydiyyatına alınıb. Vergi ödəyicisinin 2024-cü il noyabr ayında vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan aşağı - 80.000 manat olub. Vergi ödəyicisi sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmək istəsə, vergi orqanı tərəfindən imtina cavabı veriləcək. Çünki Vergi Məcəlləsinin 158.2-ci maddəsində ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçməsi tələbi qoyulub. Misalımızdakı vergi ödəyicisi 2024-cü ilin fevral ayında ƏDV qeydiyyatına alındığı üçün 2024-cü ilin noyabr ayındakı müraciəti Vergi Məcəlləsinin 158.2-ci maddəsinin tələblərinə uyğun deyil.

Misal 3: Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi 2023-cü ilin sentyabr ayında ƏDV qeydiyyatına alınıb. Vergi ödəyicisi 2024-cü ilin oktyabr ayında sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməklə bağlı vergi orqanına müraciət edib. O, fikrini onunla əsaslandırıb ki, əvvəlki tam 12 təqvim ayı ərzində vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği 70.000 manat olub. Bu zaman vergi orqanı 2024-cü ilin bitməsini gözləməyərək vergi ödəyicisinin 1 oktyabr 2024-cü il tarixdən sadələşdirilmiş vergi mükəlləfiyyətini aktiv edəcək. (Vergilər.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23353
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16193
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14560
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11446
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
11245
Helikopterin qalıqları tapılıb
9904
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7238
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5426
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5332
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5327
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4178
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4093
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3641
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2908
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2168
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1820
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1724
Azərbaycan nefti ucuzlaşdı
1706