AZ

Sərbəst güləş üzrə Şabran rayon açıq birinciliyi keçirilmişdir

Şabran rayon Şahnəzərli kənd tam orta məktəbin idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru, Şabran Rayon İcra Hakimiyyəti və YAP Şabran rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş 2009-2011 və 2012-2014-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə Şabran rayon açıq birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, sərbəst güləş idman növünə marağının artırılması, Şabran rayonunda idmanın kütləviliyinə nail olunması, yeniyetmə və gənclər arasında idmanın bu növünün təbliğ olunması, perspektivli idmançıların aşkar edilməsi məqsədilə keçirilmiş yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, YAP Şabran rayon Təşkilatının sədr müavini Cavani Babayev və Şahnəzərli kənd tam orta məktəbin direktoru Finurə Əsgərova çıxış edərək idmançılara uğurlar arzulamışlar.

Şabran, Siyəzən və Xaçmaz rayon komandalarından ümumilikdə 130 nəfər yeniyetmə idmançının mübarizə apardığı açıq birinciliyin sonunda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla