AZ

Paşinyanın xalqdan gizlətdiyi sənəd: “Kəlbəcər və Laçının...”

“Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifini nəinki qəbul etməyib, hətta öz xalqından gizlədib”.

 “Cebhe.info” xəbər verir ki, bunu Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan mayın 9-da İrəvandakı Qələbə parkında jurnalistlərlə söhbətində  deyib.

O xatırladıb ki, 2020-ci ildə Qafanda keçirdiyi mətbuat konfransında Paşinyan müzakirə üçün heç bir sənəd olmadığını deyib.  Zurabyanın sözlərinə görə, 2019-cu ildə ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağın, o cümlədən Kəlbəcərin və Laçının Ermənistanın nəzarətində qalması, Dağlıq Qarabağın statusunun sülh yolu ilə həllini masaya qoyublar:

“Əlavə olaraq çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsi planlaşdırılırdı. 

Lakin Paşinyan danışıqlardan imtina etdi və xalqını aldatdı. 44 günlük müharibə tamamilə onun vicdanındadır. O, müharibəyə düzgün hazırlaşmayıb və hazırlaşmır. Sonra Ermənistan hakimiyyəti Rusiyanın məskunlaşma planını rədd edərək, Qərbin nizamlanma planını alacaqlarına ümid edirdi, lakin bu da uğurlu alınmadı”.

 Onun fikrincə, bu gün Qərb köməyə gəlmir və ciddi vasitəçiliyi öhdəsinə götürmür. 

“Ermənistan Rusiyanın vasitəçiliyindən imtina etdi və bu gün bölgədəki məsələlərin Türkiyə və Azərbaycan tərəfindən həll edildiyi çox çətin vəziyyətdəyik”, - o vurğulayıb.

Levon Zurabyan əlavə edib ki, hakimiyyət getməyi çoxdan düşünməli idi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
Mənbələr
Şərh ()
Bağla