AZ

Azərbaycan beynəlxalq tədbirlərin məkanına çevrilib

“COP29-un keçirilməsi böyük beynəlxalq hadisədir”.

Bunu açıqlamasında deputat Rüfət Quliyev deyib.

 

Deputat bildirib ki, hətta bir çox siyasi, iqtisadi ekspertlər bu tədbiri BMT-nin baş assambleyasının iclasına bərabər sayırlar: “Azərbaycana təxminən 100 ölkədən 55 mindən yuxarı qonaq gələcəyi gözlənilir. Proqnozlara görə 85 ölkənin rəhbəri gələcək. Dünyada ən tanınmış alimlər, ekspertlər, nəhəng şirkətlər, ekoloji problemlərlə məşğul olan bütün tanınmış insanlar Azərbaycanda olacaqlar. Bu, bir də onu göstərir ki, Azərbaycan onlarla yüksək səviyyədə olan beynəlxalq toplantılar keçirir və gələn qonaqlar bir daha yeniləşən, inkişaf edən, çiçəklənən Azərbaycanı görürlər, onlar böyük təəssüratlarla qayıdırlar, bütün dünyada bunu danışırlar, bölüşürlər.

Bizdə çox maraqlı bir trend var ki, Azərbaycan hansı işə əl qoyursa, o işdə ya birinci, ya üçlükdə, ya da beşlikdə olmalıdır. Azərbaycanda artıq belə bir ənənə var. İstər idman olsun, istər elmi konfranslar, mədəniyyətlə əlaqədar olan beynəlxalq festivallar, transmilli layihələr olsun, bunların hamısı həyata keçirilib və davam edir. Bu, o deməkdir ki, Azərbaycan hakimiyyəti başda cənab Prezident olmaqla çox proqmatik, realistik gələcəyə böyük baxışlarla siyasət qurub, bu siyasəti inkişaf etdirir. Təbii ki, biz hamımız bununla fəxr edirik. Mən öz seçicilərim adından cənab Prezidentə öz minnətdarlığımı bildirirəm. Azərbaycan artıq dünyəvi ölkəyə çevrilib. Bizimlə hesablaşırlar, bizimlə məsləhətləşirlər, bizim sözümüzə qulaq asırlar. Bu, böyük nailiyyətdir. Azərbaycan balaca bir ölkədir, 10 milyondan yuxarı əhalisi var. Amma biz 100 milyonlarla əhalisi olan ölkələrlə görün, necə münasibətlər qururuq.

Cənab Prezident Moskvaya getmişdi. Putinin Azərbaycan Prezidentini qarşılamasının, qeyri-adi, mehriban formada yola salmasının, cənab Prezident İlham Əliyev, Ulu Öndər Heydər Əliyev barəsində çox önəmli sözlər deməsinin şahidi olduq”.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18210
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12870
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10214
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4527
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4170
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3371
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3185
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2711
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2366
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2146
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1637
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1128
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1034
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1011
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
999
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
996
Mayın ilk gününün havası açıqlanıb
908
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
807
Arda dubl etdi - VİDEO
797