AZ

“İşğaldan azad edilmiş ərazilərimizdə yaşayış üçün lazımi infrastruktur yaradılır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Köç prosesi öncədən planlaşdırılmış layihə gücündə davam edir, daha da geniş miqyas alır. İşğaldan azad edilmiş ərazilərimizdə yaşayış üçün lazımi infrastruktur yaradılır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Deputat bildirib ki, həmin ərazilərdə yaşayış binaları, iş yerləri, iaşə və sosial obyektlər inşa olunur: “Bütün bunlar isə olduqca çətin işdir, lakin Azərbaycan qısa zaman ərzində kifayət qədər böyük işlər görməyə nail olub. Kənd və şəhərlərin salınması, həm də böyük vəsait və iradə tələb edir. Beynəlxalq aləm və türk dünyasının bu işlərdə yaxın iştirak etməsi isə məsələnin digər mühüm tərəfidir. Ayrı-ayrı türk dövlətləri Qarabağda məktəblər, sosial obyektlər tikir. Bu bizim Qarabağda məskunlaşmağımızın birbaşa olaraq dünyanın gözü qarşısında getməsinin göstəricisidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla