AZ

Si Budapeştə gəldi - Orban onu hava limanında qarşıladı

Cümə axşamı, mayın 9-na keçən gecə Çin lideri Si Szinpin Avropa turnesi çərçivəsində Macarıstanın paytaxtı Budapeştə dövlət səfərinə gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə CGTN məlumat yayıb.

Məlumata görə, onu hava limanında Macarıstanın baş naziri Viktor Orban və xanımı qarşılayıb

CGTN yazır ki, bu, Sinin Macarıstana ilk dövlət səfəridir və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünə təsadüf edir.
1949-cu ildə Macarıstan ÇXR ilə ilk diplomatik əlaqələr quranlardan biri olub. 2017-ci ildə ikitərəfli münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib.

Macarıstan parlamentinin üzvü Qergey Qulyaşın sözlərinə görə, Orban Çinlə iqtisadi əlaqələri gücləndirməyə, xüsusən də Macarıstanın "Bir kəmər, bir yol” təşəbbüsündə iştirakını genişləndirməyə və dəmir yollarının modernləşdirilməsi üzrə gələcək layihələrə, habelə onu Serbiya ilə birləşdirən yeni neft kəmərinin maliyyələşdirilməsinə çalışır. 

Si Szinpinin Macarıstanı tərk etməsi mayın 10-na planlaşdırılıb. Macarıstandan əvvəl Si Serbiya və Fransaya səfər edib.

Nizami Bağırov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
17
Mənbələr
Şərh ()
Bağla