AZ

Ermənistan MTX müxalifəti aksiyalarda asayişi pozmamağa çağırdı

Bakı. Trend:

Ermənistan Milli Təhlükəsizlik Xidməti arxiyepiskop BaqratQalstanyanın rəhbərliyi ilə “Vətən naminə Tavuş” müxalifəthərəkatının mitinqi zamanı qanun və konstitusiya quruluşununpozulması hallarına yol verməmək barədə xəbərdarlıq edib.

Trend bu barədə erməniKİV-lərinə istinadən xəbər verir.

Xidmətin bəyanatında qeyd olunur ki, konstitusiya quruluşunatəhdid yaradan istənilən qeyri-qanuni hərəkət müəyyən edilmiş bütünvasitələrdən istifadə olunmaqla neytrallaşdırılacaq.

"“Vətən naminə Tavuş” hərəkatı 4 kəndin Bakıya verilməsininəzərdə tutan Azərbaycanla Ermənistan arasında sərhədlərindelimitasiyası və demarkasiyası prosesinə qarşı aksiyalarıəlaqələndirir.

Mayın 9-da İrəvanda Respublika meydanında hərəkatın mitinqiplanlaşdırılır", - xidmətin məlumatında vurğulanıb.

Qeyd edək ki, mayın 8-də Eçmiadzin dəftərxanasının rəhbəriarxiyepiskop Arşak Xaçatryan Ermənistan Milli TəhlükəısizlikXidmətinə çağırılıb. Mənbələrə əsasən, aprelin 23-də hökuməttərəfindən təqiblərə səsəb arxiyepiskop Arşak Xaçatryanın fəallığı,onun sərt mövqeyi, tənqidi çıxışları, müsahibələri və xüsusiləməşəl yürüşü zamanı çıxışı olub.

Xatırladaq ki, Ermənistanın Armavir vilayətinin sakinləriAzərbaycanla sərhədlərin delimitasiyası çərçivəsində əldə olunanrazılaşmaya etiraz olaraq İrəvan - Armavir yolunu bağlayıb.

Buna səbəb isə, Azərbaycan Respublikası ilə ErmənistanRespublikası arasında dövlət sərhədinin delimitasiyası üzrəAzərbaycan Respublikası Dövlət Komissiyasının və ErmənistanRespublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə ErmənistanRespublikası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldəedilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası iləErmənistan Respublikası sərhədində iki ölkənin ekspert qruplarıərazidə geodeziya ölçmələri əsasında koordinatlarındəqiqləşdirilməsi prosesinə başlaması olub.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
1
Mənbələr
Şərh ()
Bağla