AZ

"NATO Ukraynaya qoşun göndərməkdən rəsmən imtina edəcək" - "Corriere della Sera"

 
"Cəbhədən həyəcanlı xəbərlər daxil olmaqdadır, rusiyalılar şərq sərhəddini yara bilər, Xarkov və Odessa kimi şəhərlər asan hədəfə çevrilib..."
 
"İyul sammitində bu vəzifənin NATO-nun mənzi-qərargahına həvalə etmək qərarı veriləcək..."
 
Alyansın Vaşinqtonda 11-12 iyulda keçiriləcək sammitində qəbul ediləcək qətmanə layihəsində həlledici təkliflər arasında NATO-nun Ukrayna müharibəsinə əsgərlərin göndərilməyəcəyi barədə bənd olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu "Corriere della Sera" nəşri yazıb.
 
Nəşr xatırladıb ki, hələlik "50 ölkədən ibarət olan və Vladimir Zelenskinin ordusuna dəstək verən "Ramştayn qrupu"na ABŞ müdafiə naziri Lloyd Ostin başçılıq edib.
 
"Lakin iyul sammitində bu vəzifə NATO-nun Brüsseldəki mənzil-qərargahına veriləcək.
 
Bu addımın praktiki səbəbi var, çünki Kiyevə çatdırılan materialların 99 faizi Avroatlantika Alyansının 32 tərəfdaşından daxil olur. 
 
Lakin bunun siyasi izahı da var, Qərb blokunun fəaliyyəti həm ölkələrin, həm də Vladimir Putinin gözlərində daha yekdil olacaq", - KİV-lər yazıb.
 
Qeyd edilir ki, digər məsələlərdə NATO "Şərq cinahını möhkəmləndirməkdə" davam edir.
 
"Cəbhədən həyəcanlı xəbərlər daxil olmaqdadır. Rusiyalıların şərq sərhəddini yara biləcəyindən narahatlıq var.
 
Bundan başqa, Xarkov və Odessa kimi şəhərlər qalxansız qalıb, Putinin bombardmanları üçün asan hədəfə çevrilib. Dərhal ağır artilleriya və hava hücumundan müdafiə sistemləri lazımdır", - nəşr yazıb.
 
NATO-nun Ukraynada qoşunları - son xəbərlər
 
NATO-nun Ukraynada qoşunları rusiyalıları sıxışdırmağa kömək edə bilər. Bu barədə Ukrayna müdafiə naziri Denis Şmıqal bəyan edib.
 
Onun sözlərinə görə, Ukrayna hələlik öz tərəfdaşları və müttəfiqlərindən Rusiya təcavüzündən qorunması üçün zəruri olan hərbi texnikanın tədarük edilməsini xahiş edir.
 
Fevralın sonunda Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Avropa İttifaqı Qərb qoşunlarının Ukraynaya göndərilməsini müzakirə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla