AZ

Voleybol millimiz Sloveniyaya 14 oyunçu ilə yollandı

Qadınlardan ibarət voleybol üzrə Azərbaycan milli komandasının Qızıl Avropa Liqası üçün yekun heyəti bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə yarışda çıxış edəcək yığmamız əsasən gənclərdən təşkil olunub.

Millimizin yekun heyətində bu voleybolçulara yer verilib:

Hücumçular: Marqarita Stepanenko, Anastasiya Baydyuk, Nikalina Başnakova, Ülkər Kərimova, İlhamə Əzimova;

Blokçular: Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova;

Toppaylayıcılar: Yana Doroşenko, Raziyə Əliyeva, Marianna Abuyeva;

Liberolar: Yuliya Kərimova, Ceyran İmanova, Sənubər Ələskərova;

Baş məşqçi: Faiq Qarayev.

Köməkçi məşqçilər: Famil Ağayev, Emin Əbilov, Sinişa Popek.

Qeyd edək ki, Azərbaycan millisi bu gün Sloveniyaya yola düşüb. Komandamız təlim-məşq toplanışının növbəti mərhələsini Maribor şəhərində keçəcək. Yığmamız burada bir neçə yoxlama oyununda da qüvvəsini sınayacaq. Daha sonra voleybolçularımız Sloveniyadan birbaşa yarışda mübarizəyə başlamaq üçün Xorvatiyaya gedəcəklər.

Qeyd edək ki, yeni formatda keçiriləcək yarış üç turdan ibarətdir. Komandamızın oyunlarının ilk turu (17-19 may) Xorvatiyada, ikinci turu (24-26 may) Rumıniyada, üçüncü turu isə (31 may-2 iyun) Azərbaycanda təşkil olunacaq.

Komandamız mübarizəyə mayın 17-də start verəcək. 17-19 mayda Xorvatiyada keçiriləcək ilk turda millimizin rəqibləri meydan sahibləri və Slovakiya yığması olacaq. Mayın 24-dən 26-dək Rumıniyada keçiriləcək ikinci turda isə komandamız meydan sahibi ilə yanaşı, İsveç yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyun tarixlərində Azərbaycanda baş tutacaq. Doğma meydanda rəqiblərimiz Estoniya və Avstriya yığmaları olacaq.

Sonda milli komandamızın Qızıl Avropa Liqasındakı oyunlarının təqvimini təqdim edirik:

1-ci tur (Xorvatiya)
17.05.2024. 19:00. Azərbaycan – Xorvatiya
18.05.2024. 15:00. Slovakiya – Azərbaycan
19.05.2024. 19:00. Xorvatiya – Slovakiya

2-ci tur (Rumıniya)
24.05.2024. 17:00. Azərbaycan – Rumıniya
25.05.2024. 17:00. İsveç – Azərbaycan
26.05.2024. 17:00. Rumıniya – İsveç

3-cü tur (Azərbaycan)
31.05.2024. 18:00. Estoniya – Azərbaycan
01.06.2024. 18:00. Avstriya – Estoniya
02.06.2024. 17:00. Azərbaycan – Avstriya

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
50
arena.az

10Mənbələr