AZ

Kanada Parlamenti SEPAH-ı terrorçu elan etməyə çağırdı

Kanada İcmalar Palatası hökumətdən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) adının ölkədəki terror təşkilatlarının rəsmi siyahısına əlavə edilməsinin istəndiyi qeyri-məcburi layihə yekdilliklə təsdiqləyib.

Bu barədə beynəlxalq media məlumat yayıb.

Kanada İcmalar Palatasının 327 üzvünün hamısı bu layihənin lehinə səs verdi və heç bir üzv ona qarşı çıxmadı.

Lakin Kanadanın müxalifət partiyaları bu dəfə hakim Liberal Demokrat Partiyasının lideri Castin Trüdo hökumətinin irəliyə doğru addım atacağına və SEPAH-ı Kanadanın terror qrupları siyahısına salacağına şübhə ilə yanaşırlar.

Kanada Parlamenti altı il əvvəl oxşar layihə təsdiqləsə də, bu qətnamə heç vaxt həyata keçirilməyib.

Keçən il Kanada Parlamenti növbəti dəfə İnqilab Keşikçiləri Korpusunun adını terrorçu qruplar siyahısına salmağa çalışsa da, bu layihədə təsdiqlənməyib.

Qeyd edək ki, İran əsilli bir çox kanadalı da ümumxalq etirazlarının zorla yatırılmasında və İran vətəndaşlarının öldürülməsində İnqilab Keşikçiləri Korpusunun roluna görə parlament və Kanada hökumətindən İnqilab Keşikçiləri Korpusunun terror qruplaşmaları siyahısına daxil edilməsini istəyib.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla