Sabah ölkə ərazisində 20-25° isti müşahidə olunacaq.Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 40-50% olacaq.Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.