AZ

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Bakı. Trend:

Azərbaycanda mayın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MilliHidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə,Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağıehtimalı var. Cənub küləyi axşam şimal-qərb küləyi il əvəzolunacaq.

Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-21° isti olacaq.Atmosfer təzyiqi 763 millimetr civə sütunu olacaq. Nisbi rütubətgecə 70-80 faiz, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağıgözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı,şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qaryağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayimşərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti,dağlarda gecə 0-3° şaxta, gündüz 5-10° isti olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
49
az.trend.az

10Mənbələr