AZ

“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İran və İsrail arasında artan gərginlik daha böyük müharibənin xəbərçisi ola bilər. Onun sözlərinə görə, hazırda vəziyyət sakitləşmiş kimi görünsə də, belə potensial həmişə mövcuddur.

 

Bu gedişatla İsrail-İran arasında müharibə baş verə bilər?

 

Məsələ ilə bağlı Ednews-a danışan türkiyəli politoloq Hasan Oktay İranla İsrailin yaxın gələcəkdə müharibəyə cəlb olunmayacağını bildirib:

 

“İran və İsrail arasında gərginlik olsa da, müharibə ehtimalı zəifdir. Buna baxmayaraq, HƏMAS-ın 7 oktyabr hücumunun arxasında Rusiya və İran olduğu artıq aydın bir məsələ kimi qəbul edilir. Buna görə İrana qarşı hər gün reaksiya daha da artır. Aprelin 1-i Şamdakı İran konsulluğuna edilən hücum müharibənin başlanğıcı sayıla bilər. 13 apreldə isə İranın hücum etməsi isə, təzyiqi ən üst səviyyəyə çatdırıb. 

 

Buna baxmayaraq, heç nə baş vermədi. Ancaq HƏMAS-la Hizbullahın fəaliyyəti sonlandırıldıqdan sonra İrana müharibə başlıdıla bilər. Hakan Fidan bu hadisələri yaxından izlədiyi üçün savaş ehtimalından bəhs edir. İsrail öncə İranın ətraf güclərini aradan qaldırdıqdan sonra İranla birbaşa müharibəyə başlaya bilər”.

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla