AZ

Millimiz Sloveniyaya yola düşüb

Qızıl Avropa Liqasına hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Sloveniyaya yola düşüb. "Rekord.az" xəbər verir ki, komandamız təlim-məşq toplanışının növbəti mərhələsini Maribor şəhərində keçəcək.
Baş məşqçi Faiq Qarayev səfərə yekun heyətlə yollanıb. Yığmamız burada bir neçə yoxlama oyununda da qüvvəsini sınayacaq. Daha sonra voleybolçularımız Sloveniyadan bir başa yarışda mübarizəyə başlamaq üçün Xorvatiyaya gedəcəklər. Millimizin Qızıl Avropa Liqasında ilk oyunu mayın 17-də məhz meydan sahiblərinə qarşı olacaq.
Qeyd edək ki, yeni formatda keçiriləcək yarış üç turdan ibarətdir. Komandamızın oyunlarının ilk turu (17-19 may) Xorvatiyada, ikinci turu (24-26 may) Rumıniyada, üçüncü turu isə (31 may-2 iyun) Azərbaycanda təşkil olunacaq.
Qızıl Avropa Liqası
Oyunların başlanma saatı yerli vaxtla göstərilib.
I tur (Xorvatiya)
17.05.2024 / 19:00 Azərbaycan – Xorvatiya 
18.05.2024 / 15:00 Slovakiya – Azərbaycan 
19.05.2024 / 19:00 Xorvatiya – Slovakiya
II tur (Rumıniya)
24.05.2024 / 17:00 Azərbaycan – Rumıniya
25.05.2024 / 17:00 İsveç – Azərbaycan
26.05.2024 / 17:00 Rumıniya – İsveç
III tur (Azərbaycan, GİN-nin Voleybol Mərkəzi)
31.05.2024 / 18:00 Estoniya – Azərbaycan
01.06.2024 / 18:00 Avstriya – Estoniya
02.06.2024 / 17:00 Azərbaycan – Avstriya

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
5
Mənbələr
Şərh ()
Bağla