AZ

Rusiya-NATO toqquşmasında əsas hədəf Kalininqrad olacaq-

Bu fikirlər NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı Ceyms Stavridisin Bloomberg-də dərc olunan məqaləsindəndir.

NATO Ukraynaya qoşun göndərməyəcəyinə dair sənəd qəbul edəcək - Corriere della Sera
O qeyd edib ki, “rusların Baltik dənizi donanmasının böyük hissəsi Baltiysk limanında, əhəmiyyətli hava və raket qüvvələri isə Kalininqradda yerləşdirilib. Hətta burada taktiki nüvə silahları da ola bilər”.

Stavridis NATO-nun Kalininqradın “zərərsizləşdirilməsinə” ehtiyacının yaranmasını onunla əsaslandırıb ki, belə olan halda Rusiya Litva və Polşa sərhədindəki “kritik Suwalski dəhlizinə” nəzarət edə bilməyəcək.

Ehtimal edilir ki, genişmiqyaslı hərbi əməliyyatlar başlasa, NATO “kiçik Kalininqrada” təzyiq göstərmək üçün “özünün Baltik gölündən” istifadə edəcək.

Bir neçə gün öncə məşhur amerikalı jurnalist Taker Karlson NATO-nun Rusiya ilə müharibəyə başlamaq istədiyini demişdi. O hətta ABŞ dövlət katibi Antoni Blinkenin açıq şəkildə bunu istədiyini iddia edib.

Tural Tağıyev
AzVision.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
7
Mənbələr
Şərh ()
Bağla