AZ

“Örnək müəllim"in layihəsi beynəlxalq sertifikata LAYİQ GÖRÜLÜB

AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə “Örnək müəllimlər" layihəsini həyata keçirib. 

 

Şəki-Zaqatala regionundan seçilən “Örnək müəllimlər”dən biri 11 nömrəli tam orta məktəbin Kimya müəllimi Xatirə Şabəddinovadır.

 

Xatirə Şabəddinova 1-5 may tarixində qardaş Türkiyə Respublikası -Antalya Kəmərdə gerçəkləşən təhsil işçilərinin ən böyük konfransı olan EYFOR- XV Konqresində layihə ilə çıxış edib.

 

O, doğma Azərbaycanı layihələri ilə layiqincə təmsil etməkdən qürur duyduğunu dilə gətirib:

 

“Doğma vətənimi layihələrimlə təmsil etmək  bir müəllim olaraq bizi daha məsuliyyətli olmağa sövq edir. Türkiyədə müəllimlərin təhsil konfransından yeni gəlmişəm. Oraya öz layihəmlə getmişdim. Ortaq çalışdığımız türk müəllimi və Şəkidən bir başqa müəllimlə layihənin təqdimatını həyata keçirdik. Bundan başqa əlavə bir layihəm də var idi və həmin konfransda təqdim etdim. Təqdimatdan sonra beynəlxalq sertifakatla vətənə döndük. Bu da öz növbəsində bir müəllim kimi məni qürurlandırır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla